“Əmək və məşğulluq” altsistemində yeni funksionallıq istifadəyə verildi

“Əmək və məşğulluq” altsisteminin “İşəgötürən və işçi arasında rəsmi yazışmalar” bölməsi genişləndirilərək yeni – “İşdən qısa müddətli icazənin alınması” adlı altbölmə əlavə olunub.
Yeni funksionallıq sayəsində işçilər sistem üzərindən birbaşa olaraq işəgötürənə qısa müddətli icazə üçün müraciət edə bilərlər. İşəgötürənlər bu altbölmə vasitəsilə illik və gündəlik icazə limitlərini, həmçinin icazələrin maksimum müddətini əvvəlcədən təyin etmək imkanına malikdirlər. Müvafiq limitlər müəyyən olunduqdan sonra sistemdə icazə müraciətlərinin qəbuluna başlanılacaq.
Yenilik, işəgötürən və işçilər arasında operativ və şəffaf ünsiyyətin təmin edilməsinə, eləcə də kadr proseslərinin daha səmərəli idarə olunmasına xidmət edir.


