Savadlı tələbələr üçün fond yaradıldı: onların bütün xərcləri qarşılanır - FOTOLAR

Hit: 282
Savadlı tələbələr üçün fond yaradıldı: onların bütün xərcləri qarşılanır - FOTOLAR
Azərbaycanda yüksək balla ali məktəblərə qəbul olunan tələbələrin dəstəklənməsi istiqamətində həm dövlət, həm də özəl sektor tərəfindən müxtəlif təşəbbüslər həyata keçirilir.
 
Bu təşəbbüslərdən biri də son iki ildə fəaliyyət göstərən "Güvən" Təhsilin İnkişafına Dəstək Fonduna məxsusdur.
 
Bakupost.az xəbər verir ki, 2023-cü ilin dekabrında Ədliyyə Nazirliyində qeydiyyatdan keçən Fond, yüksək nəticə göstərərək ali məktəbə daxil olan gənclərə hərtərəfli dəstək göstərir.
 
Hazırda Fond 22 tələbəni himayə edir. Onlardan 2-si xaricdə təhsil alır. Digərlərinin isə təhsil haqqı, hazırlıq kursları, kirayə, sağlamlıq və idman xərcləri Fond tərəfindən qarşılanır.
 
Fond həmçinin il ərzində akademik baxımdan fərqlənən bir tələbəni xaricdə istirahətə göndərir. Bu, tələbələr arasında sağlam rəqabəti təşviq edən mühüm təşəbbüsdür.
"Güvən" Təhsilin İnkişafına Dəstək Fondunun dəstəklədiyi tələbələr ötən il işğaldan azad olunmuş ərazilərə səfər edərək həmin bölgələrdə baş verən bərpa prosesləri ilə tanış olublar. Üç gün davam edən bu səfər tələbələrin milli ruh və vətənpərvərlik hisslərini daha da gücləndirib.
 
Fond həmçinin gələcəkdə orta məktəblərdə istedadlı uşaqların təhsilinə dəstək verməyi də hədəfləyir.
 
Əlavə olaraq qeyd edək ki, Fondun müxtəlif tədbirləri və görüşlərinə “Saffron” restoranlar şəbəkəsinin Dənizkənarı Bulvarda yerləşən “Atelye 61” restoranı ev sahibliyi edir. Bu əməkdaşlıq özəl sektorun sosial məsuliyyət layihələrinə olan dəstəyinin bariz nümunəsidir.
 
"Güvən" Təhsilin İnkişafına Dəstək Fondunun əsas məqsədi intellektual potensialı olan gənclərə təhsil yolunda dayaq olmaq, onların cəmiyyət üçün faydalı vətəndaşlara çevrilməsinə şərait yaratmaqdır.
1
1
1








Redaktorun seçimi