Türk Hava Kurumu Universitetinin rektoru AzTU-da olub

Hit: 165
Türk Hava Kurumu Universitetinin rektoru AzTU-da olub
Türkiyənin Türk Hava Kurumu Universitetinin rektoru professor Rahmi Erin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki  Universitetinin (AzTU) qonağı olub.
 
Qonaqlar AzTU-nun rektoru professor Vilayət Vəliyevlə görüşüb. Görüşdə Türkiyə-Azərbaycan Universitetinin (TAU) prorektoru professor Mehmet Şimşir və AzTU-nun nümayəndələri iştirak edib.
 
Səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirən Türk Hava Kurumu Universitetinin rektoru Rahmi Er rəhbərlik etdiyi universitetdə görülən işlər barədə məlumat verib. Qonaqları AzTU-da görməkdən məmnunluğunu bildirən rektor Vilayət Vəliyev hər iki universitetin uyğun istiqamətlər üzrə əməkdaşlığının mümkünlüyü barədə danışıb.
 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.  








Redaktorun seçimi