“Süni intellekt və alman dilinin tədrisində rəqəmsallaşma” mövzusunda seminar

Hit: 129
“Süni intellekt və alman dilinin tədrisində rəqəmsallaşma” mövzusunda seminar
Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər  kafedrası və “Azərbaycanda alman dilini tədris edən müəllimlər” DLV İctimai Birliyinin  təşkilatçılığı ilə məktəb və universitet müəllimləri üçün “Süni intellekt və alman dilinin tədrisində rəqəmsallaşma” mövzusunda  peşəkar inkişaf seminarı və vebinarı keçirilib.
 
Seminar və vebinar Claudio Kasperi və Lətifə Qurbanova tərəfindən təqdim olunub. 6 saat davam edən görüşdə “ChatGPT” kimi süni intellekt alətlərinin tədris prosesində daha səmərəli tədbiqini müzakirə etməklə yanaşı, süni intellektin ənənəvi tədris yanaşmalarına inteqrasiyası haqqında geniş fikir mübadiləsi aparılıb.
 
Seminarın nəticəsi olaraq iştirakçılar əldə etdikləri metod və yanaşmaları öz dərslərinə inteqrasiya edərək fərdi tədris planları hazırlayıblar.
 
Sonda iştirakçılara sertifikat təqdim olunub.








Redaktorun seçimi