Mediatorlar klubunun sayca 11-ci qeyri-rəsmi görüşü - FOTOLAR

Mediasiya Şurasının təşkilatçılığı ilə mediatorların sayca 11-ci səhər yeməyi baş tutub. Səhər yeməyində mediator və mediasiya təşkilatı rəhbərləri ilə yanaşı Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, İdarə Heyətinin üzvləri Əli Nəbiyev və Sima Yaqubova da iştirak edib.
Səhər yeməyinin qonaqları pofessor, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamal Cəfərov və İnjura hüquq jurnalının baş redaktoru, hüquqşünas Kəmalə Məmmədova olub.
Açılış nitqi ilə çıxış edən Nadir Adilov qonaqları təqdim edib və dəvəti qəbul etdiklərinə görə qonaqlara təşəkkür edib.
Hicran Hüseynova nikah müqavilələrinin imzalanması sahəsində fikirlərini bölüşdü və mediasiya proseslərinin ailə mübahisələrinin həllində önəmi barədə fikirlərini qeyd etdi.
Kamal Cəfərov qeyd edib ki, vətəndaşlarda mediasiya proseslərinə yüksək ictimai etimad var.
Kəmalə Məmmədova çıxışı zamanı İnjuria jurnalı barədə məlumat verib, ailə, qadın və uşaq problemləri ilə bağlı mübahisələrdə təbliğatın əhəmiyyətindən söz açıb.
Görüş səmimi müzakirələrlə davam edib.


