DƏMX “AVA Digital Awards 2025” müsabiqəsində - 2 mükafata layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ABŞ-nin Marketinq və Kommunikasiya Peşəkarları Assosiasiyasının “AVA Digital Awards 2025” müsabiqəsində iki mükafat qazanıb.
Xidmət bu beynəlxalq müsabiqədə “Əmək münasibətlərində animasiyalar” və “Əmək münasibətlərində qrafik videoçarxlar” nominasiyaları üzrə qalib seçilərək mükafatlara layiq görülüb.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin müsabiqəyə təqdim etdiyi, əmək qanunvericiliyinin tətbiqinə dair maarifləndirici animasiyalar və qrafik videoçarxlar münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Bu uğur Xidmətin rəqəmsal kommunikasiya sahəsində peşəkar yanaşmasının və kreativ həllərinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
“AVA Digital Awards” müsabiqəsi sosial media, animasiyalar, rəqəmsal videolar və ümumilikdə rəqəmsal sahədə yaradıcı işləri mükafatlandıran nüfuzlu beynəlxalq platformalardan biridir.
Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Kanada, Portuqaliya, Çin, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Böyük Britaniya və digər bir çox ölkələrdən 100-dən çox layihə iştirak edib.


