BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinə tələbə töhfəsi” mövzusunda təlim təşkil olunub

Hit: 153
BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinə tələbə töhfəsi” mövzusunda təlim təşkil olunub
Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “BDU könüllüləri”nin üzvləri üçün Keyfiyyət təminatı Mərkəzinin təşəbbüsü, rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasovun rəhbərliyi ilə “Dayanıqlı inkişaf məqsədlərinə tələbə töhfəsi” mövzusunda maarifləndirici təlim keçirilib.
 
Təlimin əsas məqsədi tələbələr arasında Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə məlumatlılığı artırmaq, onların bu sahədə fəal iştirakını təşviq etmək və universitetdə DİM-lərin inteqrasiyasına dəstək verməkdir. Tədbir çərçivəsində tələbələrin sosial məsuliyyət hissinin gücləndirilməsi, qlobal çağırışlara yerli səviyyədə cavab vermə imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
 
Təlim zamanı iştirakçılar tərəfindən tələbə klublarının yaradılması, maarifləndirici tədbirlərin təşkili və sosial layihələrin həyata keçirilməsi ilə bağlı təşəbbüslər qeyd edilib. Bunlar tələbələrin cəmiyyətə töhfə vermək istiqamətində təşəbbüskar davranışlarını stimullaşdırmaqla yanaşı, BDU-nun dayanıqlı inkişaf sahəsində aparıcı ali təhsil müəssisəsi kimi mövqeyini möhkəmləndirmək baxımından da əhəmiyyətli hesab edilir.
 
Təlimdə çıxış edən Asiman İlyasov tələbələri bu təşəbbüslərə fəal şəkildə qoşulmağa, sosial məsuliyyətlərini dərindən dərk edərək, müasir dövrün çağırışlarına cavab verməyə səsləyib. O vurğulayıb ki, tələbələrin iştirakı və təşəbbüsləri Universitetin dayanıqlı inkişaf gündəliyində mühüm yer tutur, onların fəallığı BDU-nun ümumi inkişaf strategiyasına töhfə verir.








Redaktorun seçimi