“Bitki sağlamlığı haqqında” Qanun layihəsi müzakirə olunub

Hit: 229
“Bitki sağlamlığı haqqında” Qanun layihəsi müzakirə olunub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yeni hazırlanan “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri və bu sahədə fəaliyyət göstərən sahibkarlarla ictimai müzakirəsi təşkil edilib.  
 
Müzakirə zamanı AQTA rəsmisi Elxan Mikayılov yeni Qanun layihəsinin hazırlanmasında əsas məqsədin ölkədə bitki sağlamlığının təmin edilməsi, fitosanitar nəzarət və fitosanitar xidmətlərin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətlərin tənzimlənməsi olduğunu bildirib. 
 
Qanun layihəsində müasir dövrdə kənd təsərrüfatı bitkilərində yaranan rezistentliyin aradan qaldırılması, torpaqda və bitkidə pestisid və aqrokimyəvi maddələrin qalıq miqdarının minimuma endirilməsi məqsədilə inteqrir mübarizə və digər alternativ daha təhlükəsiz mübarizə üsullarının ön planda olduğu xüsusi vurğulanıb.
 
Ölkədə istehsal edilən bitkiçilik məhsullarının rəqabətqabiliyyətliliyinin artırılması, ixrac bazarının genişləndirilməsi istiqamətində ilkin istehsalla məşğul olan bitkiçilik məhsullarının növlərinə görə ərazisi müvafiq orqan (qurum) tərəfindən müəyyən edilən həddən çox olan bitkiçilik obyektlərinin bitki sağlamlığına daxili nəzarət sisteminə, o cümlədən  bitkiçilik subyektlərində onları bitki və bitkiçilik məhsulları, əkin və səpin materialları və digər karantin nəzarətində olan materiallarla təchiz edən və ya bitki və bitkiçilik məhsulları, əkin və səpin materialları və digər karantin nəzarətində olan materiallarla təchiz etdiyi subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminə və prosedurlarına malik olması Qanun layihəsində qoyulan başlıca tələblərdəndir.








Redaktorun seçimi