Güclü külək paytaxtda 55 ağacı sındırdı - FOTOLAR

Hit: 450
Güclü külək paytaxtda 55 ağacı sındırdı - FOTOLAR
Dünən axşam saatlarından Bakı və Abşeron yarımadasında başlayan, güclü küləklə müşayət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.
 
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Faktor.az-a bildirilib ki, bu gün səhər saat  10:00 üçün olan məlumata görə güclü külək nəticəsində şəhərdə 55 ağac sınıb, 15-dən çox ağacın budaqları qırılıb.
 
Birliyinin əməkdaşları tərəfindən qırılan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib.
 
Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir.
1
1
1
1
1
1
1








Redaktorun seçimi