"Konstitusiya və Suverenlik İli"nə həsr olunan tədbir keçirilib

Hit: 199
"Konstitusiya və Suverenlik İli"nə həsr olunan tədbir keçirilib
"Konstitusiya və Suverenlik İli"nə həsr olunan "Gənclik və hüquq" adlı tədbir keçirilib.
 
Paytaxtdakı 163 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Yeni Azərbaycan Partiyası (YAP) Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova, Azərbaycan Respublikasının Ombudsman aparatının əməkdaşı Azər İsalı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Təranə Piriyeva, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.
 
Tədbir Dövlət Himninin səsləndirilməsi, Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 
Tədbirdə BŞTİ-nin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri G.Qurbanova və YAP Səbail Rayon təşkilatının sədri M.Nağıyev ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının ilk Konstitusiyasının ölkəmizdə genişmiqyaslı islahatların əsasını təşkil etməsindən, Prezident İlham Əliyevin güclü siyasəti nəticəsində suverenliyimizin bərpasından bəhs ediblər.
 
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini K.Həşimova, Elm və Təhsil Nazirliyi yanında İctimai şuranın katibi G.Əkbərova, Azərbaycan Respublikasının Ombudsman aparatının əməkdaşı A.İsalı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi T.Piriyeva və məktəbin direktoru S.Hüseynova Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının tarixi əhəmiyyətindən, Azərbaycanın inkişafının yeni mərhələsindən və qüdrətli bir ölkəyə çevrilməsindən danışıblar.
 
Tədbirdə istedadlı şagirdlərin ifasında musiqi və şeirlər səsləndirilib.








Redaktorun seçimi