BDU-da Tələbələrarası I Azərbaycan kubokunun seçim turu davam edir

Bakı Dövlət Universitetində (BDU) Gənclər və İdman Nazirliyi, “Xəzər” İntellektual Gənclər Klubu və BDU-nun Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən Tələbələrarası I Azərbaycan kubokunun ikinci seçim turu keçirilib.
“Nə? Harada? Nə zaman?” intellektual oyunu formatında keçirilən turnirdə tələbələr 24 sual üzrə, 4 turda yarışıb. Universitet liqasının qalibləri Tələbələrarası I Azərbaycan kuboku uğrunda mübarizə aparmaq hüququ əldə edəcəklər.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd tələbə gənclərin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsinin təmin olunmasıdır.


