TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib

Hit: 205
TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib
Sumqayıt Dövlət Universitetində (SDU) TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib.
 
Tədbirdə çıxış edən Sumqayıt Dövlət Universitetinin Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Nəsibə Əmirbəyova layihənin tələbələrə yaratdığı imkanlardan danışaraq, kartın gündəlik həyatda faydalı olacağını qeyd edib.
 
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədrinin müavini Xanım Daşdəmirova TələbəPlus layihəsinin yaranma ideyasını və məqsədini təqdim edərək, layihənin tələbələrə eyni güzəşt və endirimlər təqdim etməklə yanaşı, onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıdığını bildirib. Xanım Daşdəmirova layihənin artıq 23 universitetdə 190 min tələbəni əhatə etdiyini bildirib.
 
“Baku Design Academy”nin Brend üzrə kommunikasiya rəhbəri Əlihüseyn Rəsulov çıxış edərək, Akademiyanın fəaliyyətindən bəhs edib. O “TələbəPlus” kartı ilə əldə edilə biləcək xüsusi endirimlər barədə təqdimatla çıxış edib,  kartının tələbələr üçün sosial və iqtisadi üstünlüklərindən danışıb.
 
Tədbir sual-cavab sessiyası ilə davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb.








Redaktorun seçimi