BƏT-in Baş direktoru DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Hit: 215
BƏT-in Baş direktoru DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub
Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Jilber Hunqbonun başçılıq etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub.  
 
Nümayəndə heyətinə ölkəmizdə həssas qrupların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi məqsədilə aparılan işlər, Mərkəzin fəaliyyəti, həmçinin həssas qruplardan olan şəxslərin bacarıqlarının inkişaf etdirilməsi üçün burada aparılan işlər barədə məlumat verilib.
 
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan şəxslər və digər həssas qrupların yaradıcı potensialının inkişafına və cəmiyyətə inteqrasiyasına xidmət etdiyi bildirilib. 
 
Qeyd edilib ki, Mərkəzin İsmayıllıda “DOST Evi” filialı, Bərdədə isə Qarabağ Regional DOST Mərkəzində yerləşən Qarabağ “DOST Evi” şöbəsi yaradılıb. Hazırda filial və şöbə də daxil olmaqla, Mərkəzin xidmətlərindən ümumilikdə 200-dək benefisiar istifadə edir. 
 
Mərkəzdə müxtəlif xidmət istiqamətləri üzrə təlimləri uğurla başa vuran 12 benefisiar Mərkəz və filiallarda təlimçi kimi fəaliyyətə cəlb olunub. 
 
BƏT rəhbəri Mərkəzin yaradıcılıq studiyaları və təlim prosesi, həssas əhali qruplarına aid şəxslərin bacarıqlarının təkmilləşdirilməsi üçün müəssisədə yaradılan şəraitlə tanış olub. Qonaqlar təlimçi və benefisiarların ifasında konsert proqramını izləyiblər. 
 
Sonda Jilber Hunqbon Mərkəzin xatirə kitabına ürək sözlərini qeyd edib.








Redaktorun seçimi