“Ailə və gender yönümlü siyasətlər: fərdlərə, təşkilatlara və cəmiyyətə faydaları”

Hit: 206
“Ailə və gender yönümlü siyasətlər: fərdlərə, təşkilatlara və cəmiyyətə faydaları”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Ailə və gender yönümlü siyasətlər: fərdlərə, təşkilatlara və cəmiyyətə faydaları” mövzusunda təlim keçirilir.  
 
14 -16 aprel 2025-ci il tarixlərini əhatə edən təlimdə dövlət qurumlarının və yerli icra hakimiyyəti orqanlarının gender məsələləri üzrə məsul şəxsləri iştirak edir. 
Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova təlimin məqsədi və gündəliyi haqqında məlumatları diqqətə çatdırıb. O bildirib ki, təlimlərin keçirilməsində məqsəd gender məsələləri üzrə məsul şəxslərin işinin təkmilləşdirilməsi, onlar arasında səmərəli şəbəkələşməsinin təmin edilməsi, gender bərabərliyi sahəsindəki qanun və siyasətlərin icrası ilə bağlı səlahiyyətlərini və vəzifələrin aydın şəkildə müəyyən edilməsindən ibarətdir. 
 
S. Qəhrəmanova Dövlət Komitəsi tərəfindən “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun icrasına dair hesabatın hər il Milli Məclisdə səsləndirildiyini və bu məlumatların müvafiq dövlət qurumları tərəfindən təqdim edildiyini bildirib. Bu səbəbdən də gender məsul şəxslərin bu məsələyə daim hazır olmalarının əhəmiyyətini qeyd edib. 
 
O, həmçinin gender münasibətlərinin ilk olaraq  ailədə formalaşdığını vurğulayaraq, uşaqların böyüməsində və tərbiyəsində valideynlərin bərabər iştirakının əhəmiyyətindən bəhs edib. Eyni zamanda bildirib ki, yerli icra hakimiyyəti orqanlarında gender məsələləri üzrə məsul şəxslərin sosial məsələlər üzrə müavinlər səviyyəsində təyin olunması olduqca mühümdür.
 
Daha sonra müstəqil ekspert Şəms Mustafayevanın təqdimatı ilə təlim davam edib.








Redaktorun seçimi