Naxçıvanda "Konstitusiya və Suverenlikİli"nə həsr olunmuş tədbir keçirilib

Hit: 215
Naxçıvanda "Konstitusiya və Suverenlikİli"nə həsr olunmuş tədbir keçirilib
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
 
Əmək qanunvericiliyi və onun tətbiqinə dair görüşdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının müdiri Mərkəzin fəaliyyəti barədə məlumatları qonaqların diqqətinə çatdırıb.
 
Bildirib ki, Mərkəz əmək hüquqları, əməyin mühafizəsi və təhlükəsizliyisahəsində məsləhət xidmətləri göstərməklə, əməyin mühafizəsi üzrə standart, norma və qaydaların müəssisələrdə tətbiqinə mühüm dəstək göstərir.
 
Muxtar Respublikada sosial sahədə idarəçilik və xidmətlər sistemində müasir innovativ həllərin, əmək, məşğulluq, sosial müdafiə sahələrində xidmətlərdə elektronlaşma və proaktiv təyinat mexanizmlərinin geniş tətbiqini nəzərdə tutan hədəflərdən bəhs olunub.
 
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb








Redaktorun seçimi