“TəhsildəSƏN” adlı Təhsil Forumu keçiriləcək

Hit: 344
“TəhsildəSƏN” adlı Təhsil Forumu keçiriləcək
3 May tarixində Bakı Biznes Universitetində “World” Karyera  və Peşə Mərkəzinin təşkilatçılığı  Dövlət İmtahan Mərkəzi , Dövlət Məşğulluq agentliyi  və Təhsil Tələbə Kredit Fondunun rəsmi tərəfdaşlığı ilə  4 cü dəfə “TəhsildəSƏN” adlı Təhsil Forumu keçiriləcəkdir.
 
Qeyd edək ki, “World” Karyera  və Peşə Mərkəzi Təhsil sektorunda 14 illik təcrübəyə  malikdir. Xarici dillərin tədrisi , peşə təhsili , Xaricdə Təhsil və maarifləndirmə sahəsində çox sayda tədbirlər, görüşlər, təlim və seminarlar təşkil etmişdir. Mərkəz eyni zamanda 2021 - ci ildən etibarən Təhsil sektorunda fəallığın artırılması və Özəl Təhsil sektorunda fəaliyyət göstərən təhsil müəssisələrinin xidmətlərini geniş kütlələrə çatdırmaq  məqsədilə forumlar və sərgilər təşkil edir. Forumlarda bilik və bacarıqlarını artırmaq istəyən və təhsil sahəsinin təcrübəli mütəxəssislərinin çıxışlarını dinləmək istəyən bağça, məktəb, tədris mərkəzində çalışan müəllimlər, pedaqoqlar, təhsil işçiləri, təlimçilər və özünü təhsildə görən hər kəs iştirak edir. 
 
“TəhsildəSƏN 4” Tədbirin əsas məqsədi Təhsildə uğur qazanmış və  Təcrübəyə malik olan Təhsil İşçilərinin Spikerliyi ilə Forumda iştirak edən müəllim , pedaqoq və Təhsil işçilərinin biliklərini artırmaq və aktual təhsil mövzular ətrafında müzakirə təşkil etməkdir. Müzakirə olunan mövzulara Xaricdə Təhsil, Emosional Zəka , Qeyri Formal Təhsil , Xüsusi uşaqlarla iş , Disleksiya ,  İmtahan Stresi , İxtisas seçimi , Fərdi bilik və bacarıqların aşkarlanması, Süni İntellekt, Xarici Dillərin öyrənilməsi və mənimsənilməsi ,İB və 
Kembric Təhsil sistemlərinin  ölkəmizdə tətbiqi və s. aktual mövzular daxildir. 
 
3 May Tarixində Bakı Biznes Universitetində “TəhsildəSƏN 4” adlı növbəti forumu #təhsildəkreativSƏN devizi ilə təşkil olunacaq. 14 Spikerin təqdimatında Təhsilin müxtəlif sahələrinə aid mövzular müzakirə olunacaq. Forumda iştirak biletlədir və biletləri əldə etmək üçün 055 674 72 30 nömrəsinə whatsapp mesaj yazmaq lazımdır.
 








Redaktorun seçimi