DOST mərkəzlərində 213 min vətəndaşa xidmət göstərilib

Hit: 221
DOST mərkəzlərində 213 min vətəndaşa xidmət göstərilib
Bu ilin birinci rübü ərzində DOST mərkəzlərində 213 min vətəndaşa xidmət göstərilib.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Faktor.az-a bildiriblər ki, 2019-cu ilin may ayından ötən dövrdə ölkəmizdə artıq 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşada filialı açılıb.
 
Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən DOST konsepsiyası əsasında dövlət sosial xidmətləri “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.
 
DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,5 faizdir.








Redaktorun seçimi