BDU-da elmi seminar: “Azərbaycan dilində əmr və nida cümlələri”

Hit: 188
BDU-da elmi seminar: “Azərbaycan dilində əmr və nida cümlələri”
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Azərbaycan dilində əmr və nida cümlələri” mövzusunda elmi seminar keçirilib.
 
Azərbaycan dilçiliyi kafedrasının professoru Zemfira Şahbazova gənclərin elmə olan marağının artırılmasının vacibliyindən söz açıb, mövzunun türkologiyanın aktual məsələlərindən biri olduğunu diqqətə çatdırıb.
 
“Azərbaycan dilində əmr cümlələrinin işlənmə məqamları və xüsusiyyətləri” mövzusunda məruzə edən Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Mehrəngiz Qurbanova sadə və mürəkkəb cümlələrin, atalar sözlərinin tərkibində işlənən əmr cümlələrinin səciyyəvi xüsusiyyətləri, onların ifadə etdiyi məna çalarları, əmr cümlələrinin yazılı abidələrin dilində işlənmə formaları haqqında geniş məlumat verib, nəzəri fikirlərini dil materialları əsasında izah və şərh edib.
 
“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Nurlanə Abuşova isə nida cümlələri, onların məna çalarları, işlənmə məqamları ilə bağlı ətraflı məlumat verib.
 
Seminar müzakirələrlə yekunlaşıb.








Redaktorun seçimi