Mediatorlar klubunun sayca 10-cu qeyri-rəsmi görüşü keçirilib - FOTOLAR

Mediasiya Şurasının təşkilatçılığı ilə 12 aprel 2025-ci il tarixində mediatorlar arasında kommunikasiyanın gücləndirilməsi və uğurlu mediasiya proseslərində birgə iştiraka dəstək məqsədi ilə mediator klubunun mediatorlar arasında növbəti səhər yeməyi təşkil edilib.
Faktor.az xəbər verir ki, səhər yeməyinə mediatorlarla yanaşı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov, və Bakı Dövlət Universitetinin “Konstitusiya hüququ” kafedrasının professoru, Sirius Vəkil Bürosunun müdiri Sübhan Əliyev də qonaq qismində iştirak edib.
Qonaqlar mediasiya sahəsində görülən işləri, mövcud problemləri və qarşıda duran məsələləri müzakirə ediblər.
Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov çıxışı zamanı qonaqlara iştirak və tövsiyələri üçün təşəkkür edib. Görüş müzakirələr formatında davam edib.


