Yaponiyada keçirilən “Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı olub

Hit: 374
Yaponiyada keçirilən “Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı olub
Yaponiyanın Osaka şəhərində “Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq” (Designing the Future Society for Our Lives) mövzusunda “Osaka, Kansai Ekspo 2025” dünya sərgisi işinə başlayıb.
 
Faktor.az xəbər verir ki, “Ekspo 2025”in rəsmi açılışıda Yaponiya İmperatoru Naruhito, bu ölkənin Baş naziri Siqeru İsiba, Beynəlxalq Sərgilər Bürosunun Baş Katibi Dmitriy Kerkentzes, dünya sərgisində təmsil olunan ölkələrdən yüksəksəviyyəli qonaqlar iştirak edib.
 
Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonun da açılışı olub. Açılışda Azərbaycanın “Ekspo 2025” üzrə Baş komissarı, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, ”Ekspo 2025”in Azərbaycan üzrə ölkə meneceri Şimzi İzumi, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və digər qonaqlar iştirak edib.
 
Milli pavilyon “Ekspo 2025”in “Həyatları əlaqələndirmək” (Connecting Lives) bölməsində yerləşməklə “Dayanıqlı inkişafa doğru yeddi körpü” (Seven bridges for sustainability) mövzusunu əhatə edir.








Redaktorun seçimi