Mediasiya Şurası səmərəli əməkdaşlığa görə xüsusi sertifikatla təltif edildi

10 Aprel – İnşaatçılar Günü münasibətilə ATİA, KOBİA və MÜSİAD Azərbaycan tərəfindən Bakı KOB Evində xüsusi tədbir keçirilib.
Tədbirdə tikinti sahəsində əldə olunan nailiyyətlər, mövcud çətinliklər və onların həlli yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonda bu sahədə fərqlənən şirkətlər sertifikatlarla təltif olunub.Təltif edilənlər siyahısında tikinti sahələrində mülki mübahisələrin həlli üzrə səmərəli əməkdaşlığa görə Azərbaycan Respublikasının Mediasiya Şurası da var.


