Korrupsiyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib

Hit: 241
Korrupsiyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib
Şərqi Zəngəzur Gömrük İdarəsinin təşəbbüsü ilə Beyləqan rayonunda korrupsiyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib.
 
Tədbirdə Beyləqan rayon İcra Hakimiyyətinin, rayon prokurorluğunun, Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsinin nümayəndələri, sahibkarlar iştirak edib.
 
Tədbirdə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verilib, eyni zamanda korrupsiyaya şərait yaradan amillər, onun qarşısının alınması istiqamətində görülən işlərdən bəhs olunub.
 
Həmçinin gömrük sistemində şəffaflığın artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə də ətraflı məlumat verilib.
 
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran  suallar cavablandırılıb.








Redaktorun seçimi