200-ə yaxın vakansiya təqdim edilib

Hit: 249
200-ə yaxın vakansiya təqdim edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı və Elm və Təhsil Nazirliyi yanında Peşə təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində əmək yarmarkası təşkil edilib.
 
Tədbirdə Agentliyin, tərəfdaş şirkətlərin nümayəndələri və iş axtaran şəxslər iştirak ediblər. Aktiv məşğulluq tədbirində 29 müəssisə tərəfindən 200-ə yaxın vakansiya təqdim edilib. 
 
Vakansiyalara müraciət edən şəxslərin CV-ləri işəgötürən tərəfindən qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.
 
Yarmarkada həmçinin işsiz və işaxtaran şəxslərə aktiv məşğulluq tədbirləri və müraciət qaydaları ilə bağlı məlumat verilib.








Redaktorun seçimi