Postmüharibə dövründə 26,2 min şəxsin məşğulluğuna dəstək göstərilib

Hit: 247
Postmüharibə dövründə 26,2 min şəxsin məşğulluğuna dəstək göstərilib
Möhtəşəm Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 26,2 min şəxsin məşğulluğuna dəstək göstərib.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Faktor.az-a verilən məlumata görə, onlardan 12,4 min nəfər özünüməşğulluq proqramına cəlb olunub. Onlar aktivlərlə təmin edilərək özlərinə kiçik bizneslər qurublar.
 
Proqrama cəlb olunanların qalan hissəsi isə münasib iş yerləri ilə təmin edilib, habelə peşə hazırlığı kurslarına göndərilib. Kursları bitirən şəxslərin məşğulluğunun təminatı üçün də işlər görülüb.








Redaktorun seçimi