“Məşğulluğa Dəstək Layihəsi”nin monitorinq missiyası ilə görüş olub

Hit: 288
“Məşğulluğa Dəstək Layihəsi”nin monitorinq missiyası ilə görüş olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Nazirlik tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi”nin monitorinq missiyası ilə görüş olub. 
 
Görüşdə Agentliyin İdarə Heyəti sədrinin müavinləri Ülvi Abasquliyev, Ramal Quluzadə, Agentliyin aidiyyəti struktur bölmələrinin və Dünya Bankının Sosial Müdafiə və Əmək komandasının nümayəndələri iştirak edib.
 
Dünya Bankının sosial müdafiə üzrə mütəxəssisi Anna Suxova və iqtisadçı Efsan Nas Özenin rəhbərlik etdiyi monitorinq missiyasını həyata keçirən komandaya layihənin icra vəziyyəti ilə bağlı təqdimat edilib.
 
Layihənin komponentləri üzrə görülən işlər müzakirə edilib, hədəflər barədə məlumat verilib.
 
Bildirilib ki, Layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil edilir və təlimləri uğurla bitirənlər seçdikləri istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini qurmaları üçün avadanlıqlarla təmin olunurlar.
 
Özünüməşğulluq proqramının genişlənməsinə dəstək olan “Məşğulluğa Dəstək Layihəsi”nin həssas əhali qruplarının (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və b.) kiçik biznesə çıxışına dəstək verdiyi vurğulanıb.
 
Layihənin uğurlu icrasının Dünya Bankının mükafatı ilə təltif olunduğu qeyd edilib. 
 
Görüşdə layihə çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları, sosial müdafiə və məşğulluq sahəsində uzunmüddətli tərəfdaşlığa dair məsələlər müzakirə edilib.








Redaktorun seçimi