İş yerində təhlükəsizlik: fərdi mühafizə vasitələrinə dair - 10 yeni standart

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində” standartlaşdırma (AZSTAND/TK21) üzrə Texniki Komitənin fəaliyyət planına uyğun olaraq hazırlanan və Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiqlənən standartların 10-u işçilərin fərdi mühafizə vasitələrinə aiddir.
Təsdiq edilmiş bu standartlar “Başın qorunması”, “Gözlərin qorunması”, “Tənəffüs yollarının qorunması”, “Eşitmə aparatın qorunması”, “Əllərin qorunması”, “Ayaqların qorunması”, “Qoruyucu kəmərlər və təhlükəsizlik kəndirləri” sahələrini əhatə edir.
Fərdi mühafizə vasitələrinə dair standartların tətbiqi işçilərin təhlükəsizliyini təmin etmək və riskləri minimuma endirmək, işçilərin daha təhlükəsiz şəraitdə çalışması, sənaye sahələrində beynəlxalq tələblərə uyğun əmək təhlükəsizliyi təmin edilməsi, həmçinin fərdi mühafizə vasitələrinin keyfiyyəti və etibarlılığının artırılması məqsədi daşıyır.
Qeyd edək ki, sağlam və təhlükəsiz iş mühitinin yaradılması üçün hər bir təşkilat və fərd bu standartlara uyğun fəaliyyət göstərməlidir.


