Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır

Hit: 223
Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir.   
 
Müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər aprelin 8-dən 14-dək müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər. Yerdəyişmə üçün müraciət edən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən maksimum 3-nü seçə bilər.
 
İştirakçılar ərizəyə aşağıdakı sənədləri əlavə etməlidirlər:
 
·         Yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd (arayış);
 
·         Şəxsiyyət vəsiqəsinin surəti;
 
·         İşlədiyi məktəbəqədər təhsil müəssisəsində daimi əsaslarla tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (müəssisənin möhürü ilə təsdiq edilməlidir);
 
·         Əmək kitabçasının surəti (müəssisənin möhürü ilə təsdiq edilməlidir);
 
·         Diplomun surəti;
 
·         Şəhid ailə üzvü olduğu halda həmin sənədin surəti.








Redaktorun seçimi