Füzuli rayonunda ağacəkmə aksiyası keçirilib

Hit: 190
Füzuli rayonunda ağacəkmə aksiyası keçirilib
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə Füzuli rayonu ərazisində ağacəkmə aksiyası keçirilib.
 
Aksiya çərçivəsində torpaq-iqlim şəraitinə uyğun olaraq 600-dən çox ağac əkilib.
 
Aksiyanın keçirilməsinin əsas məqsədi yaşıllıq ərazilərinin genişləndirilməsi, ekoloji təhlükəsizliyin gücləndirilməsi və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin dəstəklənməsidir.








Redaktorun seçimi