Gəncədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün Gəncədə maarifləndirmə tədbiri keçirib.
“İstehsalatda baş verən bədbəxt hadisələrdən sığorta”,“İş yerlərində əməyin mühafizəsi”, “Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər” mövzularında keçirilən görüşdə işçi sayı çox olan, ağır, zərərli və təhlükəli sahələrdə fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak edib.
Görüşdə Nazirliyin Aparatının Əmək Siyasəti şöbəsinin və Xidmətin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşlarının iş yerlərində əməyin mühafizəsinin təşkili ilə bağlı geniş təqdimatları olub.
Həmçinin Xidmətin regional şöbəsinin əməkdaşları ”İstehsalatda baş verən bədbəxt hadisələrdən sığorta” ilə bağlı çıxış ediblər.
İşəgötürənlərə əməyin təhlükəsizliyi və gigiyenası, iş yerlərinin attestasiyası haqqında, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti, habelə əməyin mühafizəsi üzrə yeni qəbul edilmiş standartlar ilə bağlı ətraflı məlumat verilib.
Tədbirdə həmçinin Nazirliyin digər qurumlarının nümayəndələri və sosial tərafdaşlar iştirak edib. Sonda müzakirə olunan mövzularla bağlı iştirakçıların sualları cavablandırılıb.


