Baş Prokurorluğun əməkdaşı BMT tərəfindən təşkil olunan tədbirdə iştirak edib

Hit: 341
Baş Prokurorluğun əməkdaşı BMT tərəfindən təşkil olunan tədbirdə iştirak edib
Cari ilin 25-27 mart tarixlərində Vyana şəhərində Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 15-ci BMT Konqresinə Avropa üçün hazırlıq iclası keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Baş Prokurorluğunu Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Orxan Şirinli təmsil etmişdir.
 
İclas zamanı 25-30 aprel 2026-ci il tarixdə Əbu-Dabi şəhərində keçiriləcək Konqresin gündəliyində nəzərdə tutulmuş məsələlərə dair müzakirələr aparılmışdır.
Tədbirdə Konqresin gündəliyində nəzərdə tutulan informasiya texnologiyalarından istifadə ilə törədilən cinayətlərlə əlaqədar mövzular üzrə çıxış edilərək ölkəmizin kibercinayətlərlə mübarizə ilə bağlı mövqeyi səsləndirilmiş, bu sahədə əməkdaşlığın vacibliyi vurğulanmışdır.
 
Tədbirin yekununda Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 15-ci BMT Konqresində müzakirə edilməsi üçün regional hazırlıq iclasının tövsiyələri qəbul edilmişdir.








Redaktorun seçimi