Beynəlxalq Olimpiada Mərkəzinin şagirdləri düşərgədə iştirak ediblər

Hit: 206
Beynəlxalq Olimpiada Mərkəzinin şagirdləri düşərgədə iştirak ediblər
23-28 mart tarixlərində Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən Beynəlxalq Olimpiada Mərkəzinin şagirdləri Şəmkir rayon Kimya-biologiya təmayüllü liseydə təşkil edilən düşərgədə iştirak ediblər.
 
Düşərgənin keçirilməsində əsas məqsəd şagirdlərin elmi və intellektual bacarıqlarını artırmaq, onların fərdi inkişafını dəstəkləmək və təhsil sahəsində əldə etdikləri bilikləri daha da təkmilləşdirməkdir.
 
Düşərgə zamanı şagirdlər nəzəri biliklərini təcrübədə sınamaq və elmi proseslərin necə işlədiyini mənimsəmək üçün müxtəlif elmi təcrübələr və laboratoriya eksperimentləri həyata keçiriblər.
 
Eyni zamanda, şagirdlər bilik yarışında iştirak edərək komanda şəklində öz bilik və bacarıqlarını sınayıblar. Bu cür yarışlar, şagirdlərin sürətli düşünmə, məlumatları təhliletmə və problemləri həlletmə qabiliyyətlərini inkişaf etdirir.
 
İntensiv dərslər ilə yanaşı şagirdlər sosial fəaliyyətlərdə də aktiv şəkildə iştirak ediblər. İdman və əyləncəli oyunlar, həm fiziki, həm də sosial bacarıqların inkişaf etdirilməsi, asudə vaxtın səmərəli keçirilməsi, komanda işinin və liderlik bacarıqlarının təkmilləşdirilməsi şagirdlər üçün əhəmiyyətli hesab olunur.
 
Belə ki, şagirdlər düşərgədə iştirak edərək əldə etdikləri bilik və təcrübələr ilə beynəlxalq səviyyəli yarışmalarda, olimpiadalarda yeni uğurlara imza atmaq üçün hazır olurlar.








Redaktorun seçimi