Ordubadda bayram namazı qılınıb - FOTOLAR

Hit: 646
Ordubadda bayram namazı qılınıb - FOTOLAR
30 mart 2025-ci il tarixində ölkəmizin bütün bölgələrində olduğu kimi, Ordubad rayonunda da Ramazan bayramı qeyd olunub. Bayram münasibətilə Ordubad şəhərində yerləşən Cümə məscidində və rayonun digər məscidlərində səhər saatlarında bayram namazı qılınıb, dualar edilib. Dünyamıza sülh və mərhəmət, ölkəmizə əmin-amanlıq, xalqımıza ruzi-bərəkət və firavanlıq arzulanıb. 
 
Bayram namazında iştirak edən sakinlər Ramazan ayının başa çatmasının sevincini bölüşərək bir-birini təbrik ediblər.

Qeyd edək ki, Ordubad rayonu Azərbaycanın ən qədim və tarixi əhəmiyyətli bölgələrindən biridir. Tarixi kökləri minilliklərə dayanan bu ərazi vahidi qədim mədəniyyətlərin izlərini daşımaqla yanaşı, zəngin tarixi-mədəni irsi ilə seçilir. Ordubad, müxtəlif dövrlərdə mühüm ticarət və mədəniyyət mərkəzi olmuş və bu gün də tarixi abidələri ilə turistik məkanlardan biri kimi diqqət çəkir.
 
Ordubadın tarixi abidələri sırasında Cümə məscidi xüsusi əhəmiyyət kəsb edir. Bu məscid şəhərin dini və mədəni həyatında mühüm rol oynamış, bir çox tarixi hadisələrə şahidlik etmişdir.

Cümə məscidi öz memarlıq üslubu və estetik quruluşu ilə fərqlənir ki, bu da həm yerli, həm də xarici turistlərin böyük marağına səbəb olur. Məscid, tikildiyi dövrdən bu günə qədər Ordubadın dini və ictimai həyatının önəmli hissəsinə çevrilmişdir.
1
1
1








Redaktorun seçimi