Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi şəhid İmran Əliyevin ailəsini ziyarət edib

Hit: 587
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi şəhid İmran Əliyevin ailəsini ziyarət edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan İmran Əliyevin ailəsini ziyarət edib.
 
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid İmran Əliyev “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasınagörə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
 
Görüş zamanı şəhidlərimizin, o cümlədən İmran Əliyevin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən bəhs olunub. Bildirilib ki, şəhidin ailəsi hər zaman dövlətin qayğısı ilə təmin olunacaq.
 
 Allah bütün şəhidlərimizə rəhmət eləsin!








Redaktorun seçimi