Ağacəkmə aksiyaları keçirilib

Bakı Baş Gömrük İdarəsinin “Abşeron” gömrük postu və Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunun ərazilərində növbəti ağacəkmə aksiyaları keçirilib.
Aksiyalar ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək məqsədilə təşkil edilib.
Gömrük əməkdaşları həmin ərazilərin torpaq-iqlim şəraitinə uyğun olaraq müxtəlif növ ağaclar əkib, abadlıq və təmizlik işləri aparıblar.


