Ötən il nöqsanlara görə 17 polis xidmətdən xaric edilib - 13-ü isə vəzifədən azad edilib

Hit: 429
Ötən il nöqsanlara görə 17 polis xidmətdən xaric edilib - 13-ü isə vəzifədən azad edilib
Ötən il daxili nəzarət qaydasında aşkarlanmış 118 fakt üzrə 152 daxili işlər orqanının əməkdaşı intizam qaydasında cəzalandırılıb.
 
"Report" xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.
 
Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, onlardan 17-i xidmətdən xaric olunub:
 
“Onlardan 13-ü tutduğu vəzifədən azad edilib, 6-nın xüsusi rütbəsi bir pillə aşağı salınıb, 116-sı barəsində digər tənbeh tədbirləri görülüb”.








Redaktorun seçimi