Cəlal Qasımov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib

Hit: 1535
Cəlal Qasımov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib
"PAŞA Holding"in Baş icraçı direktoru Cəlal Qasımov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Günel Musayeva ilə görüş keçirib. 
 
Görüşdə qalibin gələcək inkişaf perspektivləri, fərdi və peşəkar bacarıqlarının artırılması istiqamətində fikir mübadiləsi aparılıb, mentor tərəfindən öz təcrübəsindən irəli gələn tövsiyələr verilib. 
 
Cəlal Qasımov müsabiqə qalibinin fəaliyyət planları ilə yaxından tanış olub, onun gələcək layihələrdə iştirakına dair dəstək göstərəcəyini bildirib. Eyni zamanda, Mentorluq Proqramının qaliblərin şəxsi inkişafına və peşəkar yüksəlişinə töhfə verdiyi qeyd edilib. 
 
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
 
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.








Redaktorun seçimi