Azərbaycan Metrologiya İnstitutunun nümayəndə heyəti AzTU-da olub

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktoru Xamis Seyranovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.
Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb, müvafiq istiqamətlərdə müzakirələr aparıblar.
Söhbət zamanı universitetlə institut arasında müvafiq sahələrdə əməkdaşlığın qurulması istiqamətində fikir mübadiləsi aparılıb. AzTU tələbələrinin AzMİ-nin laboratoriyalarından istifadə etməklə elmi-tədqiqat işləri aparması, magistr səviyyəsində ikili rəhbərlik, eləcə də metrologiya sahəsində yeni layihələrin hazırlanması və əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Bundan əlavə, müvafiq ixtisaslar üzrə tələbələrin AzMİ-də istehsalat təcrübəsi keçmələri və praktiki biliklərini artırmaları ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


