Yanvarda 27,2 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Hit: 414
Yanvarda 27,2 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Yanvar ayında 27,2 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar ayında 27,2 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
 
Onlardan 8,2 min şəxs münasib işlərlə təmin olunub, 577 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.
 
112 işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 18,3 min şəxsə peşəyönümü xidmətlər göstərilib.








Redaktorun seçimi