Əmək yarmarkalarında 372 vakansiya təqdim edilib

Hit: 373
Əmək yarmarkalarında 372 vakansiya təqdim edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün paytaxtda və bölgələrdə əmək yarmarkaları təşkil edilib. 
 
Bakı və Qazax-Tovuz Regional Məşğulluq filialları tərəfindən Suraxanı və Ağstafada təşkil edilən tədbirlərdə 31 işəgötürən tərəfindən 372 vakansiya təqdim edilib. Aktiv məşğulluq tədbirlərində işsiz və işaxtaran şəxslərə işəgötürənlərlə əlaqə qurmaq və boş iş yerləri ilə tanış olmaq imkanı yaradılıb.
 
Vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.
 
Qeyd edək ki, yarmarkalarda işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib.








Redaktorun seçimi