Ötən il 251 minə yaxın təyinat proaktiv qaydada aparılıb

2024-cü ildə 250 min 889 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.
Bu barədə Faktor.az-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib
Qeyd edilib ki, bunun 35 min 740-ı pensiya, 215 min 149-u isə müavinət və təqaüd təyinatıdır.


