AzTU-nun 1970-ci il məzunları ilə görüş keçirilib
Azərbaycan Texniki Universitetinin (AzTU) (keşmiş Azərbaycan Politexnik İnstitutu) 1970-ci il məzunları ilə görüş keçirilib. Görüş məzunların universiteti bitirməklərinin 55 illiyinə həsr olunub.
Toplantıda AzTU-nun rektoru Vilayət Vəliyev və Karyera və Məşğulluq Mərkəzinin müdiri Ülviyyə Rəsulova iştirak edib.
Qeyd olunub ki, görüş keçmiş Avtomatika və hesablama texnikası fakültəsinin elektron cihazlar ixtisasının qrup (665) nümayəndəsi Abil Əliyev tərəfindən təşkil olunub.
Rektor Vilayət Vəliyev AzTU ilə məzunlar arasında mövcud münasibətlərə diqqət çəkib. Bildirib ki, AzTU məzunları universitet üçün çox dəyərlidir və onlarla əlaqələr hər zaman davam etdiriləcək. Rektor AzTU-da məzunlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün həyata keçirilən layihələrdən danışıb.
Məzunlar isə öz növbəsində universitet illərindən xatırladıqları ən maraqlı hadisələri bölüşüblər.