DƏMX beynəlxalq müsabiqədə növbəti dəfə fərqləndi

Dövlət Əmək Müfəttişliyi Xidməti ABŞ-nin ‘World Future Awards” beynəlxalq müsabiqəsinin qalibi seçilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə növbəti dəfə fərqlənib.
Belə ki, Xidmət ABŞ-nin ‘World Future Awards” beynəlxalq müsabiqəsində “Government” kateqoriyasında “Best Digital Innovation for Labor Market Transformation” nominasiyası üzrə qalib seçilib.
Müsabiqəyə Xidmətin 2024-cü ildə gördüyü işlərlə bağlı, xüsusən yaşıl təşəbbüsləri barədə məlumatlar təqdim edilib. Münsiflər heyəti tərəfindən verilən məlumatlar ətraflı təhlil olunub və Xidmətin son illər əldə etdiyi uğurlu təcrübə yüksək dəyərləndirib.
Sözügedən müsabiqənin mükafatları biznes və korporativ sektorda yenilikləri və uğurları tanımaq məqsədini daşıyır. Müxtəlif sahələrdə fəaliyyət göstərən özəl və dövlət qurumları müsabiqəyə qatılırlar.


