Bu qurumlar uşaq müdafiə mexanizmini çətinləşdirir - Komitə sədri

Hit: 995
Bu qurumlar uşaq müdafiə mexanizmini çətinləşdirir - Komitə sədri
"Yerli icra hakimiyyətlərində yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları fəaliyyət göstərir. Təcrübədə görürük ki, bu qurumlar uşaq müdafiə mexanizmini çətinləşdirir”. 
 
Faktor.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Hicran Hüseynova deyib.
 
O qeyd edib ki, yerli icra hakimiyyətlərində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın və qəyyumluq və himayə orqanlarının potensialının gücləndirilməsinə ciddi ehtiyac var.








Redaktorun seçimi