“ASAN xidmət”ə 80 milyonuncu müraciət qeydə alınıb

Hit: 1023
“ASAN xidmət”ə 80 milyonuncu müraciət qeydə alınıb
3 dekabr 2024-cü il tarixində “ASAN xidmət”ə 80 milyonuncu vətəndaş müraciətinin qeydə alınması ilə bağlı tədbir keçirilib.
 
Bu müraciət 3 saylı "ASAN xidmət" mərkəzinə Könül Hadıyeva tərəfindən edilib. O, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən doğumun qeydə alınması xidmətindən yararlanıb.
 
80 milyonuncu müraciətin sahibi kimi  Könül Hadıyevaya təşəkkürnamə və ABADçı tərəfindən hazırlanmış simvolik hədiyyə təqdim olunub.








Redaktorun seçimi