AzTU əməkdaşı Karadeniz Texniki Universitetində beynəlxalq həftədə iştirak edib

Hit: 272
AzTU əməkdaşı Karadeniz Texniki Universitetində beynəlxalq həftədə iştirak edib
Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əməkdaşlıq və mübadilə qrupunun rəhbəri Mənzər Məmmədli Türkiyənin Karadeniz Texniki Universitetinin təşkil etdiyi beynəlxalq həftədə iştirak edib.
 
10 ölkənin ümumilikdə 12 universitetindən 20 nəfər akademik və inzibati heyətin qatıldığı tədbirdə iştirakçı ali məktəblərin təqdimatı və sərgisi həyata keçirilib, beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub. Mənzər Məmmədli Karadeniz Texniki Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin heyəti ilə görüşərək iki universitet arasında mümkün əməkdaşlıq sahələrini, qarşılıqlı olaraq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi məsələlərini müzakirə edib.
 
Həmçinin “Erasmus+” mobillik proqramı çərçivəsində əməkdaşlıq üçün razılıq əldə edilib.








Redaktorun seçimi