Femida Könüllüləri üçün II Daxili Debat Müsabiqəsi elan edilir!
"Femida Könüllüləri” Təşkilatı və Debat Vətəndaş Cəmiyyətinin (Vətəndaş Cəmiyyətində Debat IB) əməkdaşlığı ilə hüquqşünasların asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, onlarda natiqlik, tənqidi düşüncə və eyni zamanda araşdırma qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə II Daxili Debat Müsabiqəsinin həyata keçirilməsi nəzərdə tutulur.
II Daxili Debat Turniri “Sənaye şirkətlərinin ətraf mühitə zərər vurmağa görə hüquqi məsuliyyətə cəlb olunması zəruridir” mövzusu ətrafında baş tutacaq.
Müsabiqə müxtəlif modullar üzrə fəaliyyət göstərən cari və məzun Femida könüllülərindən ibarət komandalar arasında həyata keçiriləcəkdir.