Şəhidin xatirəsi yad edilib
Yasamal rayon ictimaiyyəti Vətən Müharibəsinin şəhid hərbçisi Rövşən Nurzadəni şəhadətinin ildönümündə yad edib. Anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.
Anım mərasimindəYasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və RİH aparatının əməkdaşları, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Rövşən Nurzadə 24 mart 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini Sumqayıt şəhəri 31 saylı məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra Hərbi Akademiyanı və bir müddət sonra isə İqtisadiyyat Universitetini bitirmişdir. Hərbi məktəbi bitirdikdən sonra Ağdamda N saylı hərbi hissədə bölük komandiri vəzifəsində çalışmışdır.
2020-ci il Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərdə iştirak etmiş və 2020-ci ilin noyabr ayının 8-i şəhidlik zirvəsinə ucalmışdır.Nurzadə Rövşən Əli oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı,” İgidliyə görə” medalı, “Qubadlının azad olunmasına görə” medalı və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.