Bakı Politoloqlar Klubu COP29-da iqlim böhranına qarşı QHT-lərin rolu mövzusunda konfrans təşkil edib
2024-cü il noyabrın 12-də COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda “Bakı Politoloqlar Klubu” İctimai Birliyi tərəfindən xarici və yerli qonaqların iştirakı ilə panel müzakirəsi keçirilib. Panel müzakirələrində “Davamlı inkişaf və iqlim dəyişiklikləri”, "Əhalinin ekologiya üzrə maarifləndirilməsi", "Gənclər arasında davamlı inkişaf və ekologiyanın təmiz saxlanılmasının təbliği" kimi mövzular üzrə çıxışlar edilib.
Panel müzakisinə giriş sözü ilə açan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, bu məsələlər qlobal məzmun daşıyır və diqqət tələb edir. Ekspert Elşan Əhmədov dünyada davamlı inkişaf, ekoloji çağırışlar və iqlim dəyişmələri ilə əlaqədar təqdimat edib.
Azərbaycanın dünyadakı bu çağırışlarla bağlı mübarizəsinə xüsusi toxunulub.
Panelin yekununda suallar cavablandırılıb.