“Güclü İqlim, Güclü Qadınlar: Diplomatik İqtisadi Şəbəkə” görüşü - FOTOLAR

Hit: 801
“Güclü İqlim, Güclü Qadınlar: Diplomatik İqtisadi Şəbəkə” görüşü - FOTOLAR
30 oktyabr 2024 cü il tarixində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) təşkilatçılığı ilə “Güclü İqlim, Güclü Qadınlar: Diplomatik İqtisadi Şəbəkə”görüşü keçirilib.
 
Görüşdə zərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi birgə qrant müsabiqəsinin qalibi olan AQSİA-nın “İqlim dəyişikliyinə qarşı sahibkarlıqda bərpa olunan enerji mənbələrinin təşviqi” adlı layihəsinin təqdimat mərasimində aidiyyatı dövlət qurumlarının rəhbər şəxsləri, beynəlxalq təşkilatların, müxtəlif ölkələrin #diplomatik nümayəndələri və sahibkar ictimai birliklərin nümayəndələri, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.
 
Tədbirin məqsədi #iqlim dəyişikliyinə səbəb olan amillər, onun yaratdığı fəsadların iqtisadiyyata təsiri,bərpa oluna biləcək enerji geri dönüşümü olmuş,”Təmiz ətraf mühit və yaşıl artım” prioriteti üzrə qadın sahibkarlığın, ümumiyyətlə sahibkarlığın bu sahədə görə biləcəyi işlər,yaşıl istehsalın artması,ağıllı texnologiyaların tətbiqi,çirklənmiş ərazilərin bərpasının təşviqi kimi çağırışlar edilimişdir.
 
Tədbirdə AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru direktoru Aygün Əliyeva, BMT Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov, ETSN Milli Hidrometeorologiya Xidmətinin İqlim dəyişmələri mərkəzinin direktor müavini Aygün Nərimanova və CPP 29 Təşkilat Komitəsinin üzvü, Azərbaycan Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qasımova çıxış edib.
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi