Təbiət ərazilərindən 700 kiloqramdan artıq tullantı təmizlənib

Mingəçevir su anbarının ətrafında və Laçın rayonu Zabux çayının sahilində təmizlik aksiyaları keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli nümayəndələrinin, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin əməkdaşlarının iştirakı ilə keçirilən aksiyalar zamanı ümumilikdə 700 kiloqramdan artıq tullantı ərazilərdən daşınıb.
ki, istirahət mövsümünun bitməsinə baxmayaraq hələ də təbiət ərazilərində atılmış tullantılara rast gəlinir. Hər kəsi ətraf mühitə qarşı məsuliyyətli olmağa, tullantıları ətrafa atmamağa çağırırıq.


